"Eyüpspor"dan ayrılan Caner Erkin karyerasını 1-ci Liqada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

İddialı heyət qurmağı planlaşdıran "Sakaryaspor" Türkiyə millisinin sabiq üzvünü komandaya cəlb etmək istəyir. "Yaşıl-qaralar" artıq 36 yaşlı sol cinah müdafiəçisi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Caner Erkin ötən mövsüm "Eyüpspor"un heyətində Super Liqada keçirdiyi 26 oyunda 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest