"Union Sen Jilluaz"ın yarımmüdafiəçisi Noa Sadiki karyerasını İngiltərədə davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Sanderlend" konqolu futbolçunun keçidini həll edib. Premyer Liqaya yüksələn klubu 20 yaşlı oyunçu üçün Belçika təmsilçisinə 20  milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Noa Sadiki ötən mövsüm "Union Sen Jilluaz"ın heyətində keçirdiyi 55 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest