02 İyul 2025, 22:05
FUTBOL
"Komo"nun İspaniya "Betis"inin cinah yarımmüdafiəçisi Xesus Rodriqeslə güclənib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat paylaşıb.
Bildirilir ki, 5 illik müqavilə imzalayan 19 yaşlı futbolçu üçün italyanlar 22,5 milyon avro ödəyib.
Qeyd edək ki, Rodriqes "Betis"in əsas komandasında ötən mövsüm debüt edib və bütün turnirlərdə keçirdiyi 24 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.