Klublararası dünya çempionatının 1/8 final mərhələsinin "Real" – "Yuventus" qarşılaşması başa çatıb.

Matc.az xəbər verir ki, Mayamidə baş tutan görüşdə 1:0 hesabı ilə İspaniya nəhəngi qələbə qazanıb.

Qarşılaşmann yeganə qolunu 54-cü dəqiqədə Trent Aleksander-Arnoldun ötürməsindən sonra Madrid klububn hücumçusu Qonsalo Torres vurub.

Qeyd edək ki, 1/4 final mərhələsində "Real" "Borussiya" – "Monterrey" cütünün qalibi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest