"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem sol çiyin oynağından uğurla əməliyyat olunub.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Bellinqemin əməliyyatdan sonra təxminən üç ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Xatırladaq ki, onun 2023-cü ildə "Rayo Vallekano" ilə matçda çiyni çıxmışdı, lakin sonra futbolçu ona futbol oynamağa davam etməyə imkan verən bərpa planı seçdi.

"Paçuka" ilə matçdan sonra futbolçu özü mediaya korsetlə tam oynaya bilmədiyi üçün əməliyyat olunacağını bildirib.

2024/25 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə 58 oyun keçirib, 15 qol vurub və 15 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest