"Real"ın müdafiəçisi Yussef Henrikes "Alaves"ə keçib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 19 yaşlı mərakeşlinin müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Henrikes heç vaxt "Real"ın əsas komandasında debüt etməyib. 2024/25 mövsümündə o, "Kastilya"nın heyətində 35 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest