30 İyul 2025, 17:49
FUTBOL
"Çelsi"nin hücumçusu Mark Qiyu İngiltərədə klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Sanderlend" ispaniyalı forvardı heyətinə qatmaq istəyir. Premyer Liqaya yüksələn klubu 19 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Mark Qiyu ötən mövsüm "Çelsi"nin heyətində keçirdiyi 16 oyunda 6 qol vurub.