01 Avqust 2025, 10:36
FUTBOL
UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra Azərbaycanın UEFA reytinqində xalı artıb.
Matc.az xəbər verir ki, "Sabah"ın "Petrokub" (Moldova) üzərindəki qələbəsi ölkəmizin aktivinə 0,250 xal əlavə edib.
"Araz-Naxçıvan"ın Yunanıstanda "Aris"lə heç-heçəsi isə, 0,125 xal gətirib. "Hakyuk"a məğlub olub avrokuboklarda mübarizəni dayandıran "Zirə" həftəni xalsız başa vurub.
Hazırda Azərbaycanın aktivində 18.850 xal var və 28-ci yerdəyik. 29-cu pillədə Rusiya qərarlaşıb. 27-ci sıradan olan Ukraynanın xalı 19.225-dir.