Dik Advokat "Feyenoord"un məşqçilər heyətinə konsultasiya xidməti göstərəcək.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 78 yaşlı mütəxəssis komandanın məşqçisi Robin van Persiyə məsləhət verəcək. Lakin Advokat klubda rəsmi vəzifə tutmayacaq və oyunlar zamanı ehtiyat oyunçular skamyasında olmayacaq.

Xatırladaq ki, Advokat fevralda dünya çempionatına vəsiqə qazandırdığı Kurasao millisindən ayrılıb. O, qərarını səhhətində problem olan qızına yaxın olmaq istəyi ilə izah edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest