01 Avqust 2025, 13:04
FUTBOL
"Fənərbaxça" PSJ-dən Milan Şkrinyarın keçidini həll edib.
Matc.az xəbər verir ki, bu barədə Super Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.
"Fənərbaxça" slovakiyalı futbolçu üçün Fransa klubuna 7 milyon avro təzminat ödəyəcək. 30 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Milan Şkrinyar ötən mövsümün ikinci yarısında icarə əsasında "Fənərbaxça"da çıxış edib. Təcrübəli oyunçu İstanbul təmsilçisinin heyətində keçirdiyi 23 oyunda 3 qol vurub, 2 qol ötürnəsi edib.