01 Avqust 2025, 10:58
FUTBOL
Qırğızıstan çempionatında 15-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Orxan Əliyevin çıxış etdiyi "Ozqon" öz meydanında "Talant"ı qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeni komandasında ikinci oyununa çıxan Orxan komandasının ilk qolunu vurub. O, bundan əvvəlki matçda da fərqlənmişdi.
15 turdan sonra 22 xalı olan "Ozqon" 6-cı yerdədir.