İlkin Qırtımovun Gəncə təmsilçisi ilə müqaviləsi başa çatıb.

"Kəpəz" müdafiəçisi İlkin Qırtımovla yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı müdafiəçinin Gəncə təmsilçisi ilə müqaviləsi başa çatıb.

Qeyd edək ki, ötən mövsüm "Kəpəz"ə qoşulan Qırtımov 17 çempionat matçında meydana çıxıb.

Klub xidmətlərinə görə İlkin Qırtımova təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest