Argentina millisinin əfsanəvi hücumçusu Lionel Messi gələcəyi ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, bu barədə "Catalunya Radio" məlumat yayıb.

Bildirilir ki, o, "İnter Mayami" ilə müqaviləsini 2028-ci ilin sonuna kimi uzadacaq. Müqavilənin müddəti bitəndə argentinalının 41 yaşı tamam olacaq.

Messinin "İnter Mayami" ilə hazırkı müqaviləsi cari təqvim ilinin sonuna qədər qüvvədədir. Forvard 2023-cü ilin yayından Fransa PSJ-dən azad agent kimi keçdikdən sonra Amerika klubunda çıxış edir.

Qeyd edək ki, bu mövsüm Messi "İnter Mayami"nin heyətində bütün turnirlərdə 23 matçda 19 qol vurub və 9 məhsuldar ötürmə edib. Argentinalı bu yaxınlarda MLS-də iyul ayının ən yaxşı oyunçusu seçilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest