"Bavariya"nın 36 yaşlı qapıçısı Sven Ulreyx sosial şəbəkədə ağır itki ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, o, 6 yaşlı oğlu Lenin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirib.

"Oğlumuz Lenin uzun və ağır xəstəlikdən sonra bir neçə həftə əvvəl dünyasını dəyişdiyini böyük kədər hissi ilə bildiririk. İndi qızımızla birlikdə tədricən normal həyata qayıtmağa çalışırıq".

Qeyd edək ki, Ulreyx 2021-ci ildən "Bavariya"da çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest