Avqustun 5-də "National Arena Todor Proeski" stadionunda baş tutacaq qarşılaşma üçün Ağdam klubunun fanatlarına 1000 bilet ayrılıb.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada "Şkendiya" ilə qarşılaşacaq "Qarabağ"ın səfər oyununu izləmək istəyən azarkeşlər üçün ayrılmış bilet sayı bəlli olub.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Avqustun 5-də "National Arena Todor Proeski" stadionunda baş tutacaq qarşılaşma üçün Ağdam klubunun fanatlarına 1000 bilet ayrılıb.

Biletlər bu gün yerli vaxtla saat 17:00-dan etibarən satışda olacaq. Biletin qiyməti 5 avrodur.

Qeyd edək ki, "Şkendiya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest