Avqustun 4-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi baş tutacaq.

Matc.az xəbər verir ki, tədbirdə təmsilçimiz "Qarabağ"ın da potensial rəqibləri bilinəcək.

Ağdam klubu III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək. İlk oyun avqustun 5-i Skopyedə, cavab qarşılaşması isə avqustun 12-si Bakıda keçiriləcək.

Püşkatmada "Qarabağ" – "Şkendiya" cütü səpələnməmişlər səbətində yer alacaq. Bu cütün qalibi pley-off mərhələsində səpələnmişlər səbətində yer alacaq "Bude-Qlimt" (Norveç) və ya "Seltik" (Şotlandiya) ilə qarşılaşacaq.

Və ya Çempionlar Liqasının III raundundakı "Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka), "Lex" (Polşa) – "Srvena Zvezda" (Serbiya), "Ludoqorets" (Bolqarıstan) – "Ferentsvaroş" (Macarıstan) cütlərinin qaliblərindən biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest