08 Dekabr 2025, 20:50
FUTBOL
"Leypziq"in yarımmüdafiəçisi Amadu Haydara karyerasını Fransada davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Liqa 1-in lideri olan "Lans" malini oyunçunun keçidini həll edib. Fransa klubu 27 yaşlı futbolçu üçün 3 milyon avro təzminat ödəyəcək. Təcrübəli yayımmüdafiəçi yanvar ayında yeni komandasına qoşulacaq.
Qeyd edək ki, Amadu Haydara bu mövsüm "Leypziq"in heyətində rəsmi oyunlarda meydana çıxmayıb.












