08 Dekabr 2025, 21:12
FUTBOL
"Atalanta"nın yarımmüdafiəçisi Ederson Avropanın nəhəng klublarının transfer siyahısına düşüb.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
"Barselona" və "Liverpul" braziliyalı futbolçunu transfer etmək istəyir. İtaliya klubu 26 yaşlı oyunçuya 55 milyon avro qiymət təyin edib.
Qeyd edək ki, Ederson bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 14 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












