"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin Vı turunun "Monako" ilə oyununa ciddi itkilərlə çıxacaq.

Matc.az xəbər verir ki, 3 futbolçu İstanbul təmsilçisinə kömək edə bilməyəcək.

Vilfred Sinqo, Kaan Ayhan və Mario Lemina zədəlidir. Adıçəkilən oyunçular komanda ilə birlikdə Fransaya aparılmayıb.

Qeyd edək ki, "Monako" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest