21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə keçirəcəyi səfər oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Matc.az xəbər verir ki, B qrupunun III turu çərçivəsində oktyabrın 10-da Karvina şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, U-21 seçmə mərhələnin ilk iki turu çərçivəsində sentyabrın 5-də Barselos şəhər stadionunda Portuqaliya yığması ilə, sentyabrın 9-da isə "Dalğa Arena"da Bolqarıstan seçməsi ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest