"Turan Tovuz" bu gün Türkiyə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Matc.az xəbər verir ki, komanda Albaniya təmsilçisi "Flamurtari" ilə üz-üzə gəlib.

Oyun rəqib komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

"Flamurtari" ötən mövsüm Albaniya 1-ci divizionunu 2-ci pillədə başa vurub.

Qeyd edək ki, "Turan Tovuz" bunadək "Çorum" və "Keçiörengücü" ilə (hər ikisi Türkiyə) heç-heçə edib – 1:1, 0:0.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest