İngiltərənin "Liverpul" klubu "Real"ın hücumçusu Rodriqo Qoes ilə şəxsi müqavilə şərtləri ilə bağlı danışıqlar aparıb.

Matc.az xəbər verir ki, u barədə məlumstı ESPN paylaşıb.

Bildirilir ki, 24 yaşlı braziliyalı İngiltərə klubunun təklif etdiyi müqavilə razılaşmasını qəbul edib.

Qeyd edək ki, ötən mövsüm "Real"ın hücumçusu bütün turnirlərdə 54 matçda iştirak edib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında oyunçunun dəyəri 90 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest