02 Avqust 2025, 15:18
FUTBOL
"Nyukasl"ın hücumçusu Aleksander İsak "Mançester Yunayted"in təklifini rədd edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plattenberq paylaşıb.
Bildirilir ki, "mankunianlılar" 25 yaşlı futbolçu ilə danışıqlar aparmağa çalışsalar da, o, danışıqlardan imtina edib.
Daha əvvəl "Nyukasl" "Liverpul"un isveçlini 120 milyon funta satmaq təklifini rədd etmişdi.
Qeyd edək ki, ötən mövsüm İsak 34 matçda 23 qol vurub və 6 məhsuldar ötürmə edib.