Almaniyanın Şimal-Şərq Regional Liqasında 2-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun da formasını geyindiyi Berlin "Dinamo"su evdə "Rot-Vays Erfurt"la qarşılaşıb. "Dinamo" qoyunda 2:3 hesabı ilə uduzub.

Rüfət də bu görüşdə iştirak edib. 34 yaşlı hücumçu Dadaşov start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda "Dinamo" sıralamada 0 xalla 15-cidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest