Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" heyətini yeni legionerlə gücləndirmək istəyir.

Matc.az xəbər verir ki, Ağdam klubu İsrailin "Hapoel" (Beer-Şeva) klubunun dayaq yarımmüdafiəçisi Lukas Venturanı heyətinə qatmaq istəyir.

"Hapoel" klubu avrokuboklarla vidalaşdığı üçün, futbolçunun getməsinə problem yaratmır. 27 yaşlı braziliyalı futbolçu özü də İsraili tərk etmək istəyir.

Qeyd edək ki, Venturanın "Hapoel"lə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 1,4 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest