"Nyukasl" "Sauthempton"un qapıçısı Aaron Ramsdeyl ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu 1 bir illik icarəyə götürülüb. Sövdələşmənin maliyyə detalları açıqlanmır.

Qeyd edək ki, Ramsdeyl 2024-cü ilin yayından "Sauthempton"da oynayır. Ötən mövsüm o, bütün yarışlarda 32 oyun keçirib və bu matçlarda 68 qol buraxdı, 4 oyunda qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalı qolkiperi 16 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest