Avstriyanın "Salzburq" və İsrail millisinin hücumameyilli yarımmüdafiəçisi Oskar Qlux Amsterdam "Ayaks"ının futbolçusu olub.

Matc.az xəbər verir ki, ku barədə Niderlandiya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 21 yaşlı israilli ilə müqavilə 5 il - 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Yarımmüdafiəçinin transfer dəyəri 14,75 milyon avro və 2,5 milyon mümkün bonus olub.

Qeyd edək ki, ötən mövsüm 21 yaşlı israilli Avstriya klubunun heyətində bütün turnirlərdə 43 matçda 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

Qlux İsrail millisinin heyətində 21 oyun keçirib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest