03 Avqust 2025, 11:02
FUTBOL
İbrahim Qədirzadə ilə 1 illik yeni müqavilə imzalanıb.
"Karvan" klubu yarımmüdafiəçisi İbrahim Qədirzadə ilə müqavilənin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Qədirzadə ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.