03 Avqust 2025, 17:06
FUTBOL
İtaliyanın "Yuventus" klubu Portuqaliya "Sportinq"inin yarımmüdafiəçisi və kapitanı Morten Hyulmandın transferində maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat paylaşıb.
Bildirilir ki, 26 yaşlı danimarkalı futbolçu da İtaliya klubuna keçmək istəyir.
Portuqaliya təmsilçisi bu transfer üçün 60 milyon avro tələb edir. Lakin qarşı tərəf milli üzvünün transferini əlavə bonuslar da daxil olmaqla 40 milyon avroya həyata keçirmək niyyətindədir.
Qeyd edək ki, 2023-cü ildən "Sportinq"in formasını geyinən M.Hyulmand komandanın heyətində meydana çıxdığı 58 oyunda 5 qol müəllifi olub.