17 Sentyabr 2025, 14:11
FUTBOL
"Liverpul" "Barselona"nın müdafiəçisi Ronald Arauxonu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
İngiltərə çempionu uruqvaylı futbolçunu qışda transfer etməyi planlaşdırır. "Qırmızılar" 26 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqqiblərindən biridir. Bu komandalar arasındakı oyun 29 yanvar tarixində İngiltərədə keçiriləcək.