24 İyun 2026, 10:50
FUTBOL
Əfsanəvi yarımmüdafiəçi Luka Modriç Xorvatiya milli komandasında 200-cü oyununa çıxıb.
Matc.az xəbər verir ki, o, 2026-cı il dünya çempionatının 2-ci turunda Panama ilə oyunda start heyətində meydana çıxıb və komandasının 1:0 hesablı qələbə qazanmasına kömək edib.
Ümumilikdə, Luka milli komandada 29 qol vurub və 31 məhsuldar ötürmə edib. 40 yaşlı yarımmüdafiəçi dünya futbol tarixində ən çox milli oyun keçirən ən yaxşı dörd oyunçudan biridir.
Kriştiano Ronaldo Portuqaliya millisində 230 oyun keçirərək milli komandada ən çox oyun keçirmə rekorduna sahibdir. Küveytli hücumçu Bader Əl-Mutava ikinci (202), argentinalı Lionel Messi isə üçüncüdür (201).













