06 Noyabr 2025, 16:17
FUTBOL
"Real"ın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Orelyen Çuameni zədələnib. Bu barədə COPE məlumat yayıb.
Fransalı futbolçu sol ayaq əzələsindən zədə alıb. 25 yaşlı oyunçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Orelyen Çuameni bu mövsüm "Real"ın heyətində 21 oyunda meydana çıxıb.












