09 Mart 2026, 22:50
FUTBOL
"Arsenal"ın müdafiəçisi Maylz Lyuis-Skelli Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
İngiltərəli futbolçu daha çox forma şansı qazana biləcəyi bir kluba keçmək istəyir. London klubu 19 yaşlı sol cinah müdafiəçisinin istəyinə qarşı deyil.
"Everton" Lyuis-Skellinin xidmətində maraqlıdır. "Topçular"ın yayda gənc oyunçunu icarəyə göndərəcəyi bildirilir.
Qeyd edək ki, Maylz Lyuis-Skelli bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 26 oyunda 4 qol ötürməsi edib.

_1773098529.jpg)









