"Mançester Siti"nin müdafiəçisi Natan Ake karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

"Milan" niderlandlı müdafiəçini transfer etmək istəyir. "Rossoneri" İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatan 31 yaşlı mərkəz müdafiəçisini yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Natan Ake bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 25 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest