"Benfika"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya çempionatının "Portu" ilə keçirilən və 2:2 hesabı ilə başa çatan oyunda qırmızı vərəqə almasını şərh edib.
Matc.az xəbər verir ki, münaqişə rəqibin baş məşqçisinin köməkçisi Luço Gonsaleslə baş verib və nəticədə görüşün son dəqiqələrində hər iki mütəxəssis qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Mourinyo qalmaqalla bağlı danışarkən rəqib həmkarının onu satqın adlandırdığını deyib:
"O, məni 50 dəfə satqın adlandırdı. İstəyərdim ki, izah etsin görək kimi satmışam? "Portu"ya bütün ruhumu qoymuşam, sonra "Çelsi", daha sonra "İnter"ə, ardınca "Real" getmişəm. Dünyanın hər yerini gəzmişəm və hər gün klublara həyatımın 24 saatını həsr etmişəm. Buna peşəkarlıq deyilir. Bəs Luço "Marsel"ə keçəndə "Portu"nu satmış sayılırdı?
O, məni başqa cür də təhqir edə bilərdi, amma yəqin ki, bunun daha yaxşı olacağını düşündü. Bu, mənim üçün peşəkarlığıma qarşı hücumdur. Azarkeşlərin təhqiri başqa məsələdir. Bu, futbolun bir hissəsidir. Amma bunu həmkarın edəndə vəziyyət fərqlidir. O da mənim kimi peşəkardır, müxtəlif klublarda oynayıb. Bunu anlamıram. Niyə mən satqınam? Çünki bütün gücümü "Benfika"nın uğuru üçün sərf edirəm? Sabah "Eştrela", "Moreyrense" və ya "Leyriya" ilə oyunlarda da eyni şeyi edəcəyəm. Bu mənə heç xoş gəlmədi".



_1773074484.jpg)

_1773067167.jpg)




_1773058412.jpg)

