"Milan" mövsümün sonunda klubla müqaviləsi başa çatan qapıçı Mayk Menyana əvəzləyici axtarır.

Matc.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Frayburq"da çıxış edən Noa Atuboludur. Bu barədə "Cacliomercato" nəşri məlumat yayıb.

"Rossoneri" almaniyalı qolkiperi gələn ilin yayında transfer etməyi planlaşdırır. "Milan" 23 yaşlı "əlcək sahibi" üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Noa Atubolu bu mövsüm "Frayburq"un heyətində 14 oyunda meydana çıxıb. Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest