60-cı dəqiqədə Nadir Orucovun və 80-ci dəqiqədə Şahismayıl Cəfərovun vurduğu qollar sayəsində Elxan Abdullayevin yetirmələri 2:1 hesablı qələbə qazanıblar.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.

Matc.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda keçirilən görüşün ikinci hissəsinin əvvəllərində meydan sahibləri hesabı açıblar. Buna baxmayaraq, millimiz geridönüş etməyi bacarıb. 60-cı dəqiqədə Nadir Orucovun və 80-ci dəqiqədə Şahismayıl Cəfərovun vurduğu qollar sayəsində Elxan Abdullayevin yetirmələri 2:1 hesablı qələbə qazanıblar.

Bununla U-19 qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest