03 Mart 2026, 09:19
FUTBOL
"Nottingem Forest" "Napoli"dən icarəyə götürdüyü Lorentso Lukkanın transfer hüquqlarına yiyələnməyəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
İtaliyalı hücumçunun performansı Premyer Liqa təmsilçisinin məşqçilər korpusunu qane etməyib. 25 yaşlı forvard mövsüm başa çatdıqdan sonra müqavilə ilə məxsus olduğu "Napoli"yə qayıdacaq.
Qeyd edək ki, "Nottingem Forest" Lorentso Lukkanı bu ilin yanvarında icarəyə götürüb. İtaliya millisinin üzvü "qırmızılar"ın heyətində keçirrdiyi 5 oyunda 1 qol vurub.


_1772534311.jpg)







_1772485254.jpg)

