13 Dekabr 2025, 18:24
FUTBOL
"Borussiya" ulduz müdafiəçisi Niko Şlotterbek üçün qiymət təyin edib.
Matc.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Bildirilir ki, Dortmund klubu mərkəz müdafiəçisini satmağa hazırdır, lakin onun üçün ən azı 50 milyon avro almaq istəyir.
26 yaşlı futbolçunun hazırki müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, bu mövsüm Şlotterbek bütün yarışlarda 16 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.












