AFFA Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli və məşqçi-koordinator Sərxan Hüseynov Qərb regionunu təmsil edən Gəncə və Turan Tovuz futbol akademiyalarına səfər ediblər.

AFFA Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli və məşqçi-koordinator Sərxan Hüseynov Qərb regionunu təmsil edən Gəncə və Turan Tovuz futbol akademiyalarına səfər ediblər.

Matc.az xəbər verir ki, klublarının Lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək prosesi çərçivəsində reallaşan səfərin məqsədi akademiyalarda mövcud vəziyyətin qiymətləndirilməsi, lisenziyalaşdırma tələblərinə uyğunluğun yoxlanılması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub. Görüşlər çərçivəsində məşqçi heyəti və tibbi personalın fəaliyyəti, infrastrukturun mövcud durumu və bütün yaş qruplarında məşq proseslərinin təşkili yerində araşdırılıb, təkmilləşmə üçün müvafiq tövsiyələr təqdim olunub.

Akademiya rəhbərliyi ilə keçirilən geniş müzakirələrdə inkişaf modeli, daxili strukturun optimallaşdırılması və istedadlı futbolçuların hazırlanması üzrə prioritet istiqamətlər dəyərləndirilib. Tibbi, qapıçı və fiziki hazırlıq üzrə mütəxəssislərlə ayrıca görüşlər təşkil edilərək futbolçuların sağlamlıq göstəriciləri, peşəkar hazırlıq standartları və tətbiq olunan metodikalar təhlil olunub.

İnfrastruktur obyektlərinə baxış zamanı klubların mövcud potensialı qeydə alınıb, yeni inkişaf mərhələsinə keçid üçün cari imkanlar qiymətləndirilib. SMM və hüquq komandaları ilə aparılan müzakirələr isə sosial layihələrin gücləndirilməsi və ictimai fəaliyyətin effektivliyinin artırılmasına yönəlib. Klubların rəy və təklifləri AFFA tərəfindən qeydiyyata alınıb.

Bu səfər AFFA-nın futbol akademiyalarının inkişafına göstərdiyi davamlı dəstəyin, həmçinin lisenziyalaşdırma prosesinin daha da təkmilləşdirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest