18 Dekabr 2025, 10:29
FUTBOL
Ekvadorun "Barselona" klubunun müdafiəçisi Mario Pineyda silahlı hücum nəticəsində 33 yaşında vəfat edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ekvador media orqanları onun həyat yoldaşının da öldüyünü bildirir. Marionun anası isə yaralanıb.
Pineyda 2016-cı ildən "Barselona"nın oyunçusu olub. O, klubla iki dəfə Ekvador çempionluğu və Ekvador Kubokunu qazanıb. Oyunçu karyerası ərzində Mario Ekvadorun "İndependiente del Valle" və "Naaional" klublarında, eləcə də Braziliyanın "Fluminense" klubunda oynayıb.












