Türkiyənin "Antalyaspor" klubu baş məşqçi Erol Bulutla yollarını ayırdığını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Erol Bulut rəhbərliyində komanda 10 oyunda meydana çıxıb, bunlardan 7-si Superliqada, 3-ü isə Türkiyə Kubokunda olub. "Antalyaspor" bu matçların 3-də qalib gəlib (2-si Türkiyə Kubokunda, 1-i Superliqada), 2-də heç-heçə edib və 5-də məğlub olub.

Qeyd edək ki, Bulutun rəhbərliyi altında son Superliqa oyununda "Antalyaspor" evdə Qalatasaray komandasına 1:4 hesabı ilə məğlub olub. Komanda 16 turdan sonra turnir cədvəlində 15 xalla 15-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest