Fil Dişi Sahil ivə Seneqal vətəndaşları, həm immiqrant, həm də qeyri-immiqrantlar üçün ABŞ-a giriş dayandırılıb.
ABŞ Prezidenti Donald Tramp DÇ-2026-da iştirak edəcək daha iki ölkənin vətəndaşlarına qismən giriş qadağası qoyub.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Qeyd olunur ki, Fil Dişi Sahil ivə Seneqal vətəndaşları, həm immiqrant, həm də qeyri-immiqrantlar üçün ABŞ-a giriş dayandırılıb. Lakin sərəncamda idmançılar, məşqçilər və dünya çempionatı iştirakçılarının yaxın ailə üzvləri üçün istisnalar nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, Tramp daha əvvəl İran və Haitidən olan nümayəndələrə də oxşar qadağa imzalayıb.
Seneqal I qrupunda Fransa, Norveç və FIFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq) qalibi ilə birlikdə yer alır. Onlar qrup mərhələsindəki üç oyundan ikisini ABŞ-da keçirəcəklər. Fil Dişi Sahili isə Ekvador, Kyurasao və Almaniya ilə qarşılaşacaqları E qrupunda oynayacaq. Bütün görüşlər ABŞ-da keçiriləcək.
Qeyd edək ki, DÇ-2026 iyun və iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək.












