09 Yanvar 2026, 16:15
FUTBOL
"Bavariya" Dayo Upamekanonun mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb.
Artıq fransalı futbolçu ilə razılıq əldə olunub. Upamekano ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanacaq.
27 yaşlı mərkəz müdafiəçisinin illik maaşı 20 milyon avro olacaq. Fransa millisinin üzvü həmçinin, 20 milyon avro imza pulu alacaq.
Qeyd edək ki, Dayo Upamekano bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 21 oyunda 1 qol vurub.












