09 Yanvar 2026, 15:30
FUTBOL
"Mets"in hücumçusu Brian Madjo karyerasını İngiltərədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Aston Villa" ingiltərəli futbolçunu transfer etmək istəyir. Premyer Liqa təmsilçisi 16 yaşlı forvard üçün yanvarda 12 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Brian Madjo mövsümün əvvəlində "Mets"in əsas komandasına cəlb olunub. Gənc istedad Fransa çempionatında 5 oyunda meydana çıxıb.












