16 Yanvar 2026, 19:38
FUTBOL
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen tezliklə "Jirona"ya keçəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, ter Ştegen icarə əsasında "Jirona"ya keçəcək. Klublar artıq müqaviləni yekunlaşdırmağa yaxındırlar.
Qeyd edək ki, qapıçı 2014-cü ildən "Barselona"da çıxış edir. Bu müddət ərzində ter Ştegen bütün yarışlarda 423 oyunda meydana çıxıb və 176 dəfə qapısını toxunulmaz saxlayıb.
Qolkiperin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt"da onun dəyəri 7 milyon avrodur.












