03 Mart 2026, 13:17
FUTBOL
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen bir çox klubun transfer siyahısında yer alıb.
Matc.az xəbər verir ki, PSJ, "Atletiko", "Bavariya" və "Yuventus" nigeriyalı forvardı transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Osimhenin qiymətini müəyyənləşdirib. "Sarı-qırmızılar" 27 yaşlı futbolçu üçün 15 milyon avro tələb edəcəklər.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 25 oyunda 17 qol vurub, 6 qol ötürməsi edib.





_1772542655.jpg)






