03 Mart 2026, 14:52
FUTBOL
Braziliyanın "Korintians" klubunun müdafiəçisi Mateuzinyo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Daily Arsenal" portalı məlumat yayıb.
London təmsilçisinin baş məşqçisi Mikel Arteta braziliyalı futbolçunun transferində israrlıdır. "Arsenal" 25 yaşlı sağ cinah müdafiəçisi üçün onun klubuna rəsmi təklif göndərib.
Qeyd edək ki, Mateuzinyo bu mövsüm "Korintians"ın heyətində keçirdiyi 13 oyunda 1 qol ötürməsi edib.









_1772542655.jpg)


