"Sportinq"in hücumçusu Luis Suares karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sports Boom" məlumat yayıb.

"Liverpul" və "Nyukasl" kolumbiyalı futbolçunu transfer etmək istəyir. Portuqaliya klubu 28 yaşlı forvard üçün 60 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, Luis Suares bu mövsüm "Sportinq"in heyətində bütün turnirlərdə keçirdiyi 37 oyunda 29 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest