16 Yanvar 2026, 21:09
FUTBOL
"Kristal Pelas"ın baş məşqçisi Qlasner klubla 2026-cı ilin yayında başa çatan müqaviləsini yeniləməyəcəyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Menecerin bu mövsüm oyunçu satışlarını tənqid etdiyi və heyətin gücləndirilməsini tələb etdiyi bildirilir. Təzyiqə baxmayaraq, Qlasner mövsümü iddialı başa vurmaq istəyir. O, klubun ilk Avropa kubokunu - Konfrans Liqasını qazanmaq istəyir.
Qeyd edək ki, "Kristal Pelas"ın hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü yerdədir.












